20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Moskvanın "Aviapark" ticarət mərkəzində 22 yaşlı oğlan ölüb, dostu xəstəxanaya yerləşdirilib
Tarix: 28-05-2023 23:58 | Bölmə: Cəmiyyət

Moskvanın "Aviapark" ticarət mərkəzində 22 yaşlı gənc naməlum şəraitdə ölüb, dostu xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyükşəhər Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Hadisə bazar günü günorta baş verib. Xodinski bulvarında yerləşən ticarət mərkəzinə gənclərdən ibarət şirkət gəlib və onlardan biri qəfil dünyasını dəyişib. 2003-cü il təvəllüdlü ikinci gənc də özünü pis hiss edib, xəstəxanaya aparılıb.
“Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək”, - deyə, prokurorluqdan bildirilib.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
25-09-2023, 11:38 Arvadını qətlə yetirib