Bütün xəbərlər
Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub
Tarix: 17-03-2023 12:53 | Bölmə: Cəmiyyət

Martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə,
ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb,
İbtidai istintaq davam edir.


Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər