Bütün xəbərlər
14 yaşlı yeniyetmənin üzünə atəş açdı
Tarix: 02-02-2023 10:39 | Bölmə: Cəmiyyət

Kemerovo müstəntiqləri yetkin kişi ilə azyaşlı oğlan arasında baş verən münaqişədən sonra adam öldürməyə cəhdlə bağlı cinayət işini araşdırır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın gedişi Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən şəxsi nəzarətə götürülüb.
Hadisə yanvar ayında Yurqada baş verib, hadisənin tarixi göstərilmir. Regional İstintaq İdarəsindən verilən məlumata görə, 53 yaşlı müttəhim 14 yaşlı yeniyetmə ilə münaqişə zəminində travmatik tapançanı çıxararaq azyaşlı rəqibinə atəş açıb və yoxa çıxıb. Üzündən güllə yarası alan oğlan yoldan keçənlərin çağırdığı təcili yardımla xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanları atəş açan şəxsi müəyyən edib və hadisəni törətdiyi ehtimal edilən şəxsi saxlayıb. Onun evinə baxış zamanı cinayəti törədən silah aşkar edilib. Yerli sakin adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb