Bütün xəbərlər
Qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Tarix: 01-02-2023 12:37 | Bölmə: Cəmiyyət

Çərşənbə günü səhər Çistopolskaya küçəsində yanğından sonra yanan mənzildə cəsədləri tapılan iki kişinin qətlində şübhəli bilinən şəxslər paytaxtda saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, saxlanılan şəxslər 1995 və 1985-ci il təvəllüdlüdürlər. İstintaqın ilkin məlumatlarına görə, yanğından əvvəl mənzildə 4 nəfər olub, onlardan biri digər iki nəfərə bıçaqla hücum edib, dostu isə qətldən sonra mənzili yandırıb.
Nəzarət orqanı mənzildən əmlakın da oğurlandığını qeyd edib. Hazırda saxlanılan şəxslərin hər birinin törədilmiş cinayətdə rolu və iştirak dərəcəsi dəqiqləşdirilir. Faktla bağlı iki və daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər