Bütün xəbərlər
Həbsxanaya narkotik və telefon keçirməyə cəhd edən vəkil həbs edilib
Tarix: 17-12-2022 21:03 | Bölmə: Cəmiyyət


Moskvanın Preobrajenski Rayon Məhkəməsi şənbə günü istintaq təcridxanasına narkotik maddə və bir neçə mobil telefon keçirməyə cəhd edən vəkil Marina Cantemirova barəsində həbs-qətimkan tədbiri seçib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,İnstansiyanın mətbuat xidmətindən verilən məlumata görə, o, 2023-cü il fevralın 16-dək həbsdə olacaq.
Moskva prokurorluğu əlavə edib ki, Qaraçay-Çərkəz Vəkillər Kollegiyasının 39 yaşlı vəkili güclü təsir göstərən maddələrin qanunsuz satışına cəhddə ittiham olunur.
İstintaqın məlumatına görə, Cantemirova dekabrın 14-də “Matrosskaya Tişina” istintaq təcridxanasına dövriyyəsi qadağan edilmiş külli miqdarda güclü təsirli dərman vasitələri və SİM kartlı telefonlar keçirməyə cəhd edib. O, bu əşyaları bədənində gizlədib. Qadın polis əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb.
Bundan əlavə, onun Moskvanın mərkəzindəki mağazadan spirtli içkilərin oğurlanmasında iştirakı müəyyən edilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb