20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Türkiyədə partlayış nəticəsində 8 polis əməkdaşı yaralanıb
Tarix: 16-12-2022 10:30 | Bölmə: Cəmiyyət


NTV xəbər verir ki, Türkiyənin cənub-şərqində əldəqayırma bombanın partlaması nəticəsində 8 polis əməkdaşı və bir mülki şəxs yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hücum dekabrın 16-da səhər saat 05:10 radələrində eyniadlı vilayətin Diyarbəkir şəhərinin çıxışında törədilib. Partlayıcı qurğu magistral yolun kənarında park edilmiş icarəyə götürülmüş avtomobilə quraşdırılıb. Xüsusi təyinatlıların hərbçilərinin olduğu mühafizə avtobusunun yaxınlıqdan keçdiyi an işə salınıb.
Doqquz nəfər, o cümlədən səkkiz polis əməkdaşı xəstəxanaya çatdırılıb, yeddi zərərçəkmiş müayinə olunduqdan sonra evə buraxılıb, daha iki nəfərin vəziyyəti barədə məlumat verilmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq partladılmış avtomobili icarəyə götürən şəxsi və onu hadisə yerindən aparan taksi sürücüsünü saxlayıblar.



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər