Bazar günü, 23 fevral 2025, 16:55:59  
Son xəbərlər:
Bütün xəbərlər
Körpə qızını evin girişində qoyub gedən qadın saxlanılıb
Tarix: 11-12-2022 18:08 | Bölmə: Cəmiyyət

Moskvanın cənubunda yeni doğulmuş uşağını evin girişində tərk edən qadının saxlanılması məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə məlumatı paytaxt prokurorluğu yayıb. O, istintaqın gedişinə də nəzarət edir.
TASS xəbər verir ki, onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, habelə 106-cı maddəsi (“Yeni doğulmuş uşaq anası tərəfindən adam öldürməyə cəhd”) ilə cinayət işi başlanıb.
Ötən gecə yerli sakin Paromnaya küçəsindəki yaşayış binasının pilləkən qəfəsində körpə qız uşağı tapıb. Ananın şəxsiyyəti tez bir zamanda müəyyən edildi. 41 yaşlı qadın Moskvanın cənubundakı evinə taksi ilə gəlib. O, uşaqla birlikdə girişə daxil olub, yeni doğulmuş uşağı pilləkən qəfəsinə qoyub çıxıb.
Qadın əvvəllər uşağını təhlükə altında qoyduğuna görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsi) məhkum edilib. Yaxın vaxtlarda o, istintaq hərəkətlərinin aparılması üçün idarənin bölməsinə aparılacaq.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər