Bütün xəbərlər
Dövlət aviaşirkətinin əməkdaşı rüşvət üstündə saxlanılıb
Tarix: 07-12-2022 23:54 | Bölmə: Cəmiyyət

Hərbi müstəntiqlər Moskvada 2 milyon rubl rüşvət almaqda şübhəli bilinən Rusiya Müdafiə Nazirliyinin Dövlət Aviaşirkətinin 223-cü Uçuş Dəstəsinin Federal Dövlət Büdcə Müəssisəsi baş direktorunun yerdə xidmət üzrə müavini Yevgeni Butusovu saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs ifadə verməkdən və istintaqla əməkdaşlıq etməkdən imtina edib.
TASS yazır ki, müstəntiqlər Butusovun istintaq təcridxanasına göndərilməsi xahişi ilə paytaxtın Preobrajenski Məhkəməsinə müraciət ediblər.
Daha sonra məhkəmə Butusovun həbsinə icazə verib.
Butusov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə ittiham olunur. Məmurun günahı sübuta yetirilərsə, onu çox böyük miqdarda cərimə və ya 15 ilədək həbs gözləyir. “İnterfaks” xəbər verir ki, məhkəmənin məlumatına görə, işi RF İstintaq Komitəsinin 516-cı hərbi istintaq idarəsi araşdırır.


Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər