22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Çingiz Abdullayev Ağır Cinayətlər Məhkəməsinin sədrinin ölümündən yazdı: “Sizinlə fəxr edirdik”
Tarix: 07-12-2022 22:24 | Bölmə: Cəmiyyət
                      Çingiz Abdullayev Ağır Cinayətlər Məhkəməsinin sədrinin ölümündən yazdı: “Sizinlə fəxr edirdik”



Xalq yazıçısı Çingiz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin vəfatı ilə bağlı başsağlığı verib.
İnterpress.az xəbər verir ki, başsağlığında deyilir:
“Mənim əziz dostum. Bu gün faciəvi bir xəbər eşitdim və ona inanmaq istəmədim. Mahmud Nəbiyev dünyasını dəyişib. Ağır Cinayətlər Məhkəməsinin sədri. Hüquq fakültəsində bir qrupda oxumuşuq, səninlə qırx altı il dost olmuşuq! Həyat yoldaşınız Taira bizimlə oxuyub. Sən heyrətamiz, mehriban, şəfqətli insan idin. Atanız yetmişinci illərdə Naxçıvan Nazirlər Sovetinə rəhbərlik edib. O, hələ də xatırlanır. Qardaşınız dənizdə uşaqları xilas edərkən öldü. Sizin ailəniz kimi naxçıvanlılar öz kiçik vətənlərinin və Bütün Azərbaycanın şərəfidirlər.
Siz unikal insan idiniz. Həyatınızda nə qədər insana kömək etdiyinizi bilirəm. Ağrılıdır, Çox ağrılı. Ailənizə, yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm. Övladlarınız və nəvələriniz ataları ilə fəxr edə biləcəklərini bilsinlər! Biz hamımız sizinlə fəxr edirdik və Dostumuzu sevirdik”.
Qeyd edək ki, M.Nəbiyev 65 yaşında ürəktutmasından dünyasını dəyişib.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər