Bütün xəbərlər
Moldovada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib - FOTOLAR
Tarix: 06-12-2022 20:39 | Bölmə: Cəmiyyət



Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin (MAK) və ASAP-ın təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində bir qrup azərbaycanlı gənclərlə görüş keçirilib.
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə
görüşdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)  icraçı direktoru Rafael Hacıbəyli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev  iştirak ediblər.

 Azərbaycan-Moldova əlaqələrinin bütün sahələrdə olduğu kimi gənclər sahəsində də uğurla inkişafı, iki ölkə arasında dostluq əlaqələrinin gələcək perspektivləri vurğulanıb.
Görüşdə gənclərimizlə təhsil zamanı yaranan çətinliklər, yerli təşkilatlara inteqrasiya, yaşam və Moldovada ASAP nümayəndəliyinin qurulması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Gənclər tərəfindən təkliflər dinlənilib və Azərbaycanın Moldovadakı Səfirliyinin dəstəyindən danışılıb.







Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər