Bütün xəbərlər
Nijnevartovskda yeniyetmə sinif yoldaşını ağır yaralayıb
Tarix: 06-12-2022 10:59 | Bölmə: Cəmiyyət


Nijnevartovskda 21 saylı məktəbdə şagirdlər arasında qarşıdurma iştirakçılarından birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən münaqişə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,İstintaq Komitəsinin regional idarəsinin verdiyi ilkin məlumata görə, 14 yaşlı iki səkkizinci sinif şagirdi məktəbin paltardəyişmə otağında mübahisə edib.
Onlardan biri bıçaq götürərək rəqibini vurub, zərərçəkmiş xəstəxanaya aparılıb.
Şəhər administrasiyasının məlumatına görə, yaralı uşağın vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.
İstintaq Komitəsinin əməkdaşları fövqəladə vəziyyətin səbəblərini araşdırır, hadisə faktı ilə bağlı istintaqa qədərki yoxlama aparılır və onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər