Bütün xəbərlər
Sumqayıtda “Narkomaniyaya qarşı – Bir kimi birlikdə!” adlı görüş keçirildi
Tarix: 03-12-2022 22:50 | Bölmə: Cəmiyyət


Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə 02 dekabr 2022-ci il tarixində 12 saylı tam orta məktəbdə "Narkomaniyaya qarşı – Bir kimi birlikdə!” devizi altında növbəti maarifləndirici xarakterli görüş təşkil edilmişdir.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə məqsəd gənclərin narkomaniya və narkomanlığın cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirilməsi, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi və bu sahədə davranışlarının təkmilləşdirilməsidir.
Görüşdə çıxış edənlər - məktəbin direktoru Reyhan Baxşıyeva, Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, 2 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Müsənbər Səfərova və həkim-terapevti Ülkər Bağırova narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışmış, bu dəhşətli bəlanın insan sağlamlığına vurduğu zərərlərdən, törətdiyi fəsadlardan geniş bəhs edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırmışlar.
Sonda mövzu ətrafında videoçarx nümayiş etdirilmiş, gənclərlə fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Sabaha-inamla.az











Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər