Bütün xəbərlər
Motosikletlə narkotik daşıyan qardaşlar “Ekologiya” postunda tutuldu - Foto
Tarix: 06-10-2022 23:25 | Bölmə: Cəmiyyət

                     Motosikletlə narkotik daşıyan qardaşlar “Ekologiya” postunda tutuldu



BDYPİ-nin "Ekologiya" postunda motosikletlə narkotik vasitə daşıyan iki qardaş saxlanılıb.
“Qafqazinfo” idarəyə istinadən xəbər verir ki, ötən gün saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü saxlanılıb.
Məlum olub ki, sürücü paytaxt sakini 1992-ci il təvəllüdlü Səmədli Siruz, sərnişin isə onun qardaşı olan 1997-ci il təvəllüdlü Səmədli Xancandır. Hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib. Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.
Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib və hazırda faktla bağlı araşdırma aparılır.








Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
19-11-2022, 02:19 Həbib ABŞ-a buraxılmadı