İcra başçısı yaralı hərbi qulluqçularla görüşüb
Tarix: 19-09-2022 18:42 | Bölmə: Cəmiyyət


    Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan hərbçilər sırasında Xaçmazlı gənclərdə var.
     Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkib. İcra başçısı Hospitalda müalicə alan Xaçmaz rayon sakini, hərbi qulluqçu Tural Təbriz oğlu Ağcabəyov və digər yaralılarla görüşüb, onların səhhəti ilə maraqlanıb. Elnur Rzayev yaralılarımıza Allahdan şəfalar diləyib.
Hərbçilərimiz Silahlı Qüvvələrin Bakı Klinik Hospitalında aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
    Tural Ağcabəyov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, "Ağdamın azad olunmasın görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Sabaha-inamla.az












Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
29-09-2022, 22:18 Nərminə dəstək olaq!