Bütün xəbərlər
XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn olundu – VİDEO+FOTO
Tarix: 15-09-2022 22:12 | Bölmə: Cəmiyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.

                   

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!

Sabaha-inamla.az

















Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər