Qusarda 8 il əvvəl törədilmiş qətlin üstü açıldı
Tarix: 10-09-2022 20:42 | Bölmə: Cəmiyyət

                    Qusarda 8 il əvvəl törədilmiş qətlin üstü açıldı



Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. 
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir: 
"Aparılmış intensiv istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə  qəsdən öldürüb. 
Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilib. 
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf etmiş və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərib. 
Hadisə yerinə baxış zamanı S.Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb. 
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir".


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər
29-09-2022, 22:18 Nərminə dəstək olaq!