23:15 / 25-01-2025
Lotereyada milyon qazandı
Bütün xəbərlər
Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə dünyasını dəyişib
Tarix: 08-09-2022 21:16 | Bölmə: Cəmiyyət

    Azərbaycanlı həkim Elnur Rufullayev Türkiyədə faciəvi şəkildə dünyasını dəyişib.Azərbaycanlı uzman həkim İstanbulda İnfeksion xəstəliklər və Klinik Mikrobiologiya Klinikasında çalışıb.

   Bu barəd millət vəkili Rəşad Mahmudov da sosial şəbəkədə yazıb:
"Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkim, İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi ElnurRufullayev aramızdan çox gənc ayrıldı...
    Dəyərli həmkarımıza Allahdan rəhmət , ailəsi və sevənlərinə dərin hüznlə baş sağlığı verirəm".
Qeyd edək ki, E.Rufullayev keçən il sosial şəbəkələrdə İstanbul yollarında bir sürücünün avtomobili qəsdən onun üzərinə sürdüyünü və son anda ölümdən qurtulduğu barədə paylaşım etmişdi.
    Çox qəribədir ki ,o bu dəfə həqiqətən qəzadan qurtula bilmədi.
37 yaşlı E.Rufullayev ailəli idi.1övladı var idi.

Sabaha-inamla.az




Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb