21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
19:18 / 18-10-2026
Kiçik təyyarə qəzaya uğrayıb
19:15 / 18-10-2026
SHOT: Pop MMA döyüşçüsü İbrahim İsmayılov Vladikavkazda güllələnib
19:07 / 18-10-2026
Rayt: "Vaşinqton Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb"
19:03 / 18-10-2026
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
19:00 / 18-10-2026
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18:55 / 18-10-2026
Polşa öz ərazisindən Litvaya uçan pilotsuz təyyarə ilə bağlı xəbərlərə cavab verib
18:54 / 18-10-2026
"Zenit" və "Axmat" arasında keçirilən RPL matçından sonra idmançıların iştirakı ilə dava baş verib
18:47 / 18-10-2026
Beşmərtəbəli binada yanğın söndürülür
18:44 / 18-10-2026
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18:41 / 18-10-2026
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
18:36 / 18-10-2026
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
18:33 / 18-10-2026
İtaliyada iğtişaşlar zamanı polis təxminən 200 nəfəri saxlayıb
18:30 / 18-10-2026
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
"APA Media Group" üç QHT ilə insan alverinə qarşı mübarizəyə dair Memorandum imzalayıb - FOTO
Tarix: 02-09-2022 19:32 | Bölmə: Cəmiyyət
"APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumunun imzalanma mərasimi keçirilib.
APA xəbər verir ki, tədbiri girişi sözü ilə açan "APA" İnformasiya Agentliyinin Baş redaktoru Nurşən Quliyev dünyada insan alveri qurbanlarının sayının artmasına və bununla mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
"APA Media Group"a daxil olan təsisatların insan alverinə qarşı mübarizəyə dəstək verməyi prioritet hesab etdiyini deyən N. Quliyev bu sahə üzrə ixtisaslaşmış QHT və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib: “Biz həm də sosial məsuliyyət baxımından insan alveri ilə mübarizəyə hər cür dəstək verməyə hazırıq. İnanıram ki, bu Memorandum insan alveri ilə mübarizəyə öz töhfəsini verəcək”.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, sağlam medianı hər zaman yanlarında görmək, məlumatları onlarla bölüşmək istəyirlər: "Memorandumu imzalamaqla yanaşı, media nümayəndələri üçün insan alveri ilə mübarizə mövzusunda iki günlük təlim keçirəcəyik. Bəzən təhsilsizlik, sosial problemlərin artması, məişət zorakılığı sonradan insan alveri ilə də nəticələnir. Sosial problemlərin aradan qaldırılması, təhsilli şəxslərin sayının artırılması insan alverinin qarşısını almağa gətirib çıxara bilər. Demirəm ki, bunun qarşısını tamamilə almaq mümkündür, lakin görülən tədbirlərlə insan alveri qurbanına çevrilən şəxslərin sayı azaldıla bilər. Biz artıq beynəlxalq hesabatlarda ölkəmizin adını insan alverinə qarşı mübarizədə ikinci sıralarda deyil, birinci sırada görmək istəyirik. İnanıram ki, bu gün imzalanan Memorandum da buna öz töhfəsini verəcək".
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova media nümayəndələrinin insan alveri ilə mübarizədə xidmətlərinin əvəzsiz olduğunu bildirib. Onun sözlərinə görə, mübarizənin ilk qədəmləri hadisələrin düzgün formada işıqlandırılmasından başlayır.
"Tədbirin bir elementi də odur ki, kiçik təşəbbüslər böyük nəticələr verir. Biz göstərdik ki, böyük maliyyələr olmadan da mübarizə aparmaq mümkündür. Lakin insan alveri ilə mübarizədə sahibkarların da iştirakı çox önəmlidir. Biz bu Memorandumu imzalamaq və təlimlə kifayətlənmək niyyətində deyilik. İnsan alveri ilə mübarizə bir strategiya kimi götürülməli, bu sahədə fəaliyyət daha geniş miqyaslı olmalıdır”, - deyə o qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, insan alveri dünyada diqqəti cəlb edən ən böyük problemlərdən biridir. Külli miqdarda qara pullar məhz insan alverində olur: "Burada ən çox zərər çəkən isə qadın və uşaqlardır. Bu problemlə mübarizəyə dəstək verən media qurumlarına, ictimai birliklərə dərin təşəkkürümü bildirirəm. Medianın əksər hissəsi sağlamdır. Bəzi problemli fəaliyyətlə məşğul olanlar media deyil. Hadisələrin düzgün işıqlandırılması əlaqədar qurumları hərəkətə keçməyə sövq edir”.
"Liatris Holding"in rəhbəri Ruhi Əliyeva isə insan alveri ilə mübarizədə sahibkarların da fəal iştirak etməli olduğuna diqqət çəkib: "İnsan alveri müasir dövrün ən böyük bəlasıdır. Hesab edirəm ki, bununla mübarizəyə təkcə dövlət qurumlarını, medianı, ictimai birlikləri deyil, eyni zamanda sahibkarları və vətəndaşları da cəlb etmək lazımdır. Vətəndaşlar belə məsələlərdə bir az çəkinirlər. Bir-birinə yardım etməkdən qorxurlar".
Ruhi Əliyeva bəzən yazılan məlumatların problemin həllinə xidmət etmədiyini qeyd edib, medianı, xüsusən sosial şəbəkə istifadəçilərini insan alveri qurbanları haqqında məlumatları açıq şəkildə yaymamağa çağırıb: "Bəzən həmin məlumatlar insan alverinin qurbanı olmuş şəxsə böyük zərbə vurur, onun adının ləkələnməsinə gətirib çıxarır. Qadınlarımız nə qədər təhsilli olsalar, özlərini qoruya bilərlər. Buna görə da qadınlarımızın təhsili önəmlidir. Təhsilsiz bir insan isə media da, dövlət qurumları da ona dəstək olmaq istəsələr belə, özünü tam müdafiə edə bilməyəcək. Hesab edirəm ki, bu tip problemlərin başlıca səbəbi təhsilsizlikdən qaynaqlanır. İstəyirəm ki, ucqar bölgələrimizdə insanlar arasında maarifləndirmə tədbirləri aparılsın. Nəsə bir hadisə baş verəndə dövlət qurumlarının üzərinə düşürük. Amma hər bir problemi də dövlət qurumu həll edə bilməz”.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Araz Babayev bildirib ki, insan alveri müasir köləliyin bir forması olaraq, ən ağır cinayətlərdən sayılır: "Dünyanın hər yerində insan alveri cinayətləri baş verir. Müasir köləlik olan insan alverinə qarşı mübarizədə ictimai birliklər bizə böyük köməklik göstərir. Daxili İşlər Nazirliyi bu vaxta qədər insan alveri ilə mübarizə məqsədilə 45 təşkilatla əməkdaşlıq edib".
Araz Babayev deyib ki, insan alverinin qurbanı haqqında konfidensial məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır: "Bu cinayəti törətmiş şəxs – insan alverçisi barədə istənilən məlumatı vermək olar, lakin insan alveri qurbanlarının məlumatlarını yaymaq yolverilməzdir. Jurnalistlərə müraciət edirəm ki, insan alveri qurbanı olan şəxsin məlumatlarını yaymasınlar. Bu, həm də Cinayət Məcəlləsində konkret maddə ilə cinayət məsuliyyəti yaradır”.
MEDİA Agentliyinin əməkdaşı Səbinə Seyidova da media nümayəndələrini həssas təbəqədən olan insanlar haqqında məlumatların işıqlandırılması zamanı maksimum diqqətli olmağa çağırıb. Eyni zamanda bildirib ki, istintaqı bitməyən məlumatların açıq şəkildə mediaya çıxarılması qanun pozulmasıdır: "Lakin aparılan təlimlərin böyük təsirini görürük. Əvvəlki illərlə müqayisədə, bu tip halların azaldığının şahidi oluruq. Bu ilin aprelində media orqanlarına redaksiya siyasəti və peşə etikası barədə sənəd göndərilib. Bu sənədlərdə həmin məlumatların hansı formada işıqlandırılmalı olması barədə təlimat qeyd olunub".
Tədbirdə həmçinin "Təmas" təşkilatının həmsədri Südabə Məmmədova çıxış edib. O, regionlarda baş verən qadın zorakılığı hallarına, insan alverinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib. S. Məmmədova bu sahədə uğurlu nəticələrə nail olmaq üçün mətbuatla daha sıx işləməyin zəruriliyini vurğulayıb.
Sonda "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi" və "Təmas" Regional İnkişaf İctimai Birliyi arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.
Qeyd edək ki, sentyabrın 2-3-də "APA Media Group"un ofisində media nümayəndələri üçün insan alveri ilə mübarizə mövzusunda təlim keçirilir.

Baxış sayı: 380
Bölməyə aid digər xəbərlər

Dünən, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
30-09-2026, 20:11
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
27-09-2026, 22:07
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
27-09-2026, 21:28
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
24-09-2026, 22:52
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
24-09-2026, 22:43
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı