23:15 / 25-01-2025
Lotereyada milyon qazandı
09:58 / 25-01-2025
Məktəb binası yanıb
Bütün xəbərlər
Millət vəkili Sahib Alıyıev bacısı oğlu barədə xatirə yazdı
Tarix: 31-08-2022 22:07 | Bölmə: Cəmiyyət


Millət vəkili Sahib Alıyıev bacısı oğlu barədə çox maraqlı bir xatirə yazıb. Yazınl oxudum, yazı çox maraqlı olduğu üçün qərara aldım ki, onu oxucuların diqqətinə çatdırım:
"Mən burada doğmalarımla bağlı, demək olar ki, heç nə paylaşmıram. Bu dəfə isə özümün özümə qoyduğum qadağanı pozmaq qərarına gəldim???? və o da səbəbsiz deyil.
Demək, şəkildə gördüyünüz özünün lələkdən düzəltdiyi bu qələmi bacım oğlu Qüdrət hardasa 5-6 yaşı olanda mənə bağışlamışdı. Ardınca da "dayı yəqin tullamazsan" demişdi.
Mən də ona portfel verib zarafatla bildirmişdim ki, uşaqlarda gözəl çanta görüb yəqin onunla məktəbə getməyəcən, amma qoy səndə qalsın bir gün işinə yarayacaq.
Baxmayaraq ki, kiçik yaşlı uşaq üçün bu portfellə məktəbə getmək elə də asan deyil, amma Qüdrət ta birinci sinifdən sonuncu sinifədək onu daşıyıb. Və mən bundan xəbərsizdim. Bir neçə gün qabaq anası həmən portfeli göstərib dedi. Onlar da onda bildilər ki, mən də Qüdrətin balaca uşaq əllərinin istehsalı olan bu lələyi ən dəyərli hədiyyə kimi dövlət təltifləri ilə bir yerdə qoruyub saxlayıram.
İndi Qüdrət ölkə üzrə ən yüksək bal toplayan abituriyentlərdən biri olaraq Ali Neft Məktəbinə qəbul olub. Həm onun bu uğuru, həm də qardaşım qızı Səkinənin Bakı Dövlət Universitetinin tələbəsi adını qazanması məni çox sevindirir! Amma məni bu uğurlardan daha çox sevindirən portfellə, lələk olayıdır. Səbəbini izah etməyə isə yəqin ehtiyac yoxdur".

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb