Bütün xəbərlər
Bir il əvvəlki cinayətin üstü açıldı - Ögey oğlu öldürübmüş
Tarix: 20-07-2022 20:06 | Bölmə: Cəmiyyət

                    Bir il əvvəlki cinayətin üstü açıldı



Əvvəlki illərdən bağlı qalmış daha bir cinayətin üstü açılıb.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, 9 may 2021-ci ildə Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində 27 may 2021-ci il tarixdə ölməsi faktı ilə bağlı cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdı.
Cinayət işi yenidən öyrənildikdən sonra 6 aprel 2022-ci il tarixdə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib. İstintaqla zərərçəkmişin ögey oğlu 1967-ci il təvəllüdlü Sabir Əsədovun birgə yaşadıqları evdə təpiklə Gülgəz Əsədovanın sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında 16 iyul 2022-ci il tarixdə Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər