Bütün xəbərlər
Füzulidə Britaniya şirkətinin nümayəndəsini ilan sancdı
Tarix: 22-06-2022 16:11 | Bölmə: Cəmiyyət

                 Füzulidə Britaniya şirkətinin nümayəndəsini ilan sancdı


Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancıb.
Bu barədə "Qafqazinfo"ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Agentliklə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən onu ilan vurub.
Nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ona ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.


Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər