22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır - Fotolar
Tarix: 10-06-2022 22:38 | Bölmə: Cəmiyyət

                     Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır



Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi iki illik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
“Qafqazinfo” xəbər verir ki, 10-12 iyun tarixlərində keçirilən möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunmuşlar. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün ərzində canlı izləyə biləcəklər.   
44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.










Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər