22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Nəcməddin Sadıkovun kadrı həbs edildi
Tarix: 04-06-2022 22:47 | Bölmə: Cəmiyyət

                   Nəcməddin Sadıkovun kadrı həbs edildi


Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, o, külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilir.
E.Məcidova Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsində Elxan Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsi, qanunsuz aylığa buraxılmasını təmin etməkdə təqsirli bilinir.
Qeyd edək ki, Elxan Məcidovun əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi kimi işlədiyi bildirilir.
Xatırladaq ki, sabiq məmurun həbsi barədə ilk xəbəri müsavat.com yayıb.


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər