22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Səlim Müslümov ev dustaqlığına buraxıldı
Tarix: 26-05-2022 13:09 | Bölmə: Cəmiyyət

                   Səlim Müslümov ev dustaqlığına buraxıldı



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdə idi. O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.
Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. Hazırda onunla bağlı istintaq DTX tərəfindən aparılır. İstintaq dövründə onun həbs müddəti son olaraq apreldə 5 aylıq uzadılmışdı. Qeyd edək ki, bu müddət S.Müslümovla bağlı istintaqın tamamlanması üçün son həddir. Müddətin sonunda onunla bağlı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir. 


Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər