Bütün xəbərlər
Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanıldı
Tarix: 03-05-2022 19:46 | Bölmə: Cəmiyyət

                    Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanıldı


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər