22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
ASAN könüllüləri “Tullantısız Dünya” proqramı üzrə fəaliyyətə başlayıblar
Tarix: 30-04-2022 21:12 | Bölmə: Cəmiyyət


    28 aprel tarixində Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində icra olunacaq layihəyə start verilib.
    Qlobal proqram ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə "Coca-Cola" şirkəti tərəfindən icra olunur.
    "Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək.
    “Tullantısız Dünya” proqramı çərçivəsində ekoloji rəy sorğuları keçiriləcək. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında təkrar emala və tullantıların çeşidlənməsinə münasibəti öyrənmək, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyəti qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır.
     Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq.
    Tədbirdə könüllülərin təqdimatında məktəblilər üçün maarifləndirici "Tıq-tıq xanım" eko tamaşası nümayiş etdirilib və Mədəniyyət carçılarının musiqi nömrələri ifa olunub.

Sabaha-inamla.az







Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər