Bütün xəbərlər
Məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin taleyi necə olacaq?
Tarix: 26-04-2022 21:08 | Bölmə: Cəmiyyət

                Məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin taleyi necə olacaq?


Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyi barədə sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, nazir “QəbuldASAN” verilişində bildirib ki, hazırda məsələ ilə bağlı təhlillər aparılır:
“Artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb. İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə mürəkkəb prosesdir.
Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əməkhaqqı alan şəxs də məhz müəllimdir.
Hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər. Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var.
Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var”.


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər