22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rafael Cəbrayılovun qardaşı barəsində həbs qərarı verildi
Tarix: 22-04-2022 12:49 | Bölmə: Cəmiyyət

                     Rafael Cəbrayılovun qardaşı barəsində həbs qərarı verildi



Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, onun barəsində qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilib.
Qeyd edək ki, E.Cəbrayılov aprelin 13-də polis tərəfindən saxlanılmış, lakin həmin gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılmışdı. Həmin qərardan prokurorluq protest verib. Bu gün isə Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirib və onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya təsdiqləyiblər.
Qeyd edək ki, Rafael Cəbrayılov özü də dələduzluq əməllərinə görə 2020-ci ildə həbs olunmuşdu. Həbsdə koronavirusa yoluxan sabiq deputat xəstəxanada ölmüşdü.
Rafael Cəbrayılovun həyat yoldaşı ərinin vəfatından sonra məhkəmədə Elşən Cəbrayılovu ittiham etmişdi. O, ərinin ittiham olunduğu dələduzluq əməllərinin əslində Elşən Cəbrayılov tərəfindən törədildiyini və 7 milyon manat ödənişdən yayındığını bildirmişdi. O, qaynının cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.


Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər