Bütün xəbərlər
Deputat Anar Məmmədov şəhid ailələri ilə görüşüb
Tarix: 18-04-2022 23:56 | Bölmə: Cəmiyyət

    Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Borsunlu kəndində şəhid Nicat Nəsibovun evində şəhid ailələri ilə görüşüb. Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu iştirak edib.
    Həyatı və keçdikləri döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sabaha-inamla.az
 










Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər