21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
19:18 / 18-10-2026
Kiçik təyyarə qəzaya uğrayıb
19:15 / 18-10-2026
SHOT: Pop MMA döyüşçüsü İbrahim İsmayılov Vladikavkazda güllələnib
19:07 / 18-10-2026
Rayt: "Vaşinqton Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb"
19:03 / 18-10-2026
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
19:00 / 18-10-2026
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18:55 / 18-10-2026
Polşa öz ərazisindən Litvaya uçan pilotsuz təyyarə ilə bağlı xəbərlərə cavab verib
18:54 / 18-10-2026
"Zenit" və "Axmat" arasında keçirilən RPL matçından sonra idmançıların iştirakı ilə dava baş verib
18:47 / 18-10-2026
Beşmərtəbəli binada yanğın söndürülür
18:44 / 18-10-2026
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18:41 / 18-10-2026
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
18:36 / 18-10-2026
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
18:33 / 18-10-2026
İtaliyada iğtişaşlar zamanı polis təxminən 200 nəfəri saxlayıb
18:30 / 18-10-2026
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
Könül Nurullayeva: “Öyrənmə yoxsulluğunun səviyyəsini minimuma endirmək sosial siyasətin tərkib hissəsi olmalıdır”
Tarix: 15-04-2022 20:34 | Bölmə: Cəmiyyət

“Oxu bacarıqlarını təmin edə bilməyən təhsil sistemlərinin riyaziyyat, humanitar, həmçinin sosial elmlər kimi digər sahələrdə biliklər əldə etməyə kömək edə bilməyəcəyi aşkardır. Bu səbəbdən də öyrənmə yoxsulluğunun səviyyəsini minimuma endirmək dövlətlərin sosial siyasətinin əsas tərkib hissəsi olmalıdır.” Bu fikirlər Dünya Bankının patronajı altında Təhsil üzrə Beynəlxalq Parlament Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Öyrənmə yoxsulluğunun aradan qaldırılması üçün innovasiyalar” mövzusunda keçirilən "Gənc deputatların qlobal təşəbbüsü" proqramının üçüncü toplantısında iştirak edən Könül Nurullayevaya məxsusdur. Qeyd edək ki, 40 yaşına çatmamış parlamentarilərin və Dünya Bankının ekspertlərinin iştirakı ilə keçirilən virtual tədbir, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən birini – pandemiya ilə daha da pisləşən öyrənmə böhranını həll etmək üçün strategiyalar üzrə dialoq platforması rolunu oynayır. Tədbirdə Dünya Bankının təhsil üzrə qlobal direktoru Gayme Savedra, Dünya Bankının xarici və korporativ əlaqələr üzrə vitse-prezidenti Şeyla Redpezi, Gənc Deputatların Parlamentlərarası Birlik Forumunun prezidenti Sahar Albazar, Meksika Parlamentinin üzvü Sinzia Lopez Kastro, Rumıniya Parlamentinin üzvü Viktor Neqrosku, Nepal Parlamentinin üzvü Darma Ray Reqmi, Finlandiya Parlamentinin üzvü Sanni Qrahn-Laasonhen, Argentina Parlamentinin üzvü Brenda Varqas Matyi, İndoneziya Parlamentinin üzvü Dah Roro Esti Vidya Putri, Tanzaniya Parlamentinin üzvü Nima Kiçiki Luqanqira və digər önəmli qonaqlar spiker qismində iştirak ediblər. Toplantıda qeyd olunub ki, bu gün aşağı və orta gəlirli ölkələrdəki 10 yaşadək uşaqların 70%-i sadə mətni belə oxumaqda çətinlik çəkirlər və bu, çox ciddi problemdir.
COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərini qeyd edən Könül Nurullayeva hesab edir ki, digər sahələrdə yaranmış problemlər müəyyən formada bərpa oluna bilər, ancaq təhsil çox dinamik və geri dönüşü olmayan bir sahə olduğundan uşaqların təhsilindəki çatışmazlıqların gələcəkdə bərpası mümkün olmayan fəsadlara yol açacağı istisna edilmir.
Deputat pandemiya dövründə Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirləri xatırladıb: “Teledərslərin təşkili ilə təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu, 1,6 milyon şagird tədrisə cəlb olundu. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, "Virtual məktəb” layihəsi reallaşdı, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edildi.”
K.Nurullayeva Azərbaycanda pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirləri də xatırladıb. Qeyd edib ki, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib. Uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı, onların inkişafı üçün praktiki məşğələlər də təqdim olunurdu.
K.Nurullayeva həmçinin 2020-ci ildə 44 günlük müharibənin də təhsilə təsirsiz ötüşmədiyini qeyd edib. Belə ki, bu dövrdə cəbhəyanı bölgələrdə 444 məktəbin fəaliyyəti dayandırılıb.
Deputat hazırda ölkəmizdə öyrənmə yoxsulluğunun aradan qaldırılması ilə nəzərdə tutulan tədbirləri də diqqətə çatdırıb: “2020-ci ildə Prezident Sərəncamı ilə təsdiqlənən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən, fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlər müəyyən olunması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur. Eyni zamanda həssas qrupa daxil olan 18 yaşadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi fəaliyyət planının icrası üçün tədbirlər kimi nəzərdə tutulur.
Həmçinin, BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd pandemiya nəticəsində öyrənmələrində ciddi boşluqlar yaranan şagirdlərin ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir. Bu məqsədlə milli qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən ən aşağı nəticə göstərmiş 6 rayonun, ümumilikdə 20 məktəbinin 842 şagirdinə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilib.”
K.Nurullayeva pandemiya və postpandemiya dövrünün təhsil sistemini bir sıra çağırışlarla üz-üzə qoyduğunu və təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin ön plana çıxdığını qeyd edib: “Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi, həm təhsilalan, həm də təhsilverən şəxslərin rəqəmsal bacarıqlarının formalaşdırılmasına və təkmilləşdirilməsinə xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi vacib istiqamətlərdən biridir.”
Sabaha-inamla.az

Baxış sayı: 412
Bölməyə aid digər xəbərlər

Dünən, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
30-09-2026, 20:11
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
27-09-2026, 22:07
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
27-09-2026, 21:28
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
24-09-2026, 22:52
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
24-09-2026, 22:43
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı