22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin doğum günü qeyd olunub-Sabaha-inamla.az
Tarix: 12-04-2022 05:13 | Bölmə: Cəmiyyət


Səbuhi Həsənquliyev 44 günlük Vətən müharibəsi zamanı Şuşada şəhidlik zirvəsinə ucalıb. 11 aprel onun doğum günüdür. Bu münasibətlə Sumqayıtda-"Mirvari" şadlıq evində tədbir keçirilib.

                      
                      
Tədbirdə şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, ictimayyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Səbuhi Həsənquliyev 11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olmuşdur. 2008-ci ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 nömrəli məktəbində birinci sinifə gedir. 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək 10 nömrəli peşə liseyinə daxil olur.
2020-ci ildə peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında hərbi xidmətə yollanır. Səbuhi Böyük Vətən Müharibəsi zamanı xüsusi şücayət göstərmiş və gedən döyüşlər zamanı noyabrın 8-də Şuşa şəhərində şəhid olmuşdur.


Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən, Səbuhi Əlxan oğlu Həsənquliyev İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və rəşadətə görə ölümündən sonra "Vətən uğrunda""Füzulinin azad olunmasına görə""Cəbrayılın azad olunmasına görə""Qubadlının azad olunmasına görə" və  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

















Baxış sayı: 674


Bölməyə aid digər xəbərlər