22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Adil Əliyev Milli Məclisdə vətəndaşların qəbulunu həyata keçirib-Sabaha-inamla.az
Tarix: 12-04-2022 04:37 | Bölmə: Cəmiyyət

   Sabaha-inamla.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev Milli Məclisdə vətəndaşların qəbulunu həyata keçirib. Ölkəmizin ayrı-ayrı rayon və şəhərlərindən müraciət etmiş şəhid ailələrinin, qazilərin, habelə ayrı-ayrı vətəndaşların qəbulu zamanı, onlar tərəfindən qaldırılmış sosial, iqtisadi və məişət problemlərin bir hissəsi yerindəcə dərhal aradan qaldırılıb. Xüsusi karantin rejiminin şərtlərinə riayət edərək, təşkil edilmiş qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar aidiyyəti qurumlara məktublar hazırlanıb.
   Qəbulda iştirak edən vətəndaşlar qəbulların təşkilinə, ərizə və müraciətlərinə operativ yanaşılmasına, eləcə də qəbulda iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sabaha-inamla.az











Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər