12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir - Açıqlama
Tarix: 03-04-2022 22:20 | Bölmə: Cəmiyyət

                       TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir


TƏBİB Bakıda gecə klubunda baş verən partlayışla bağlı daha bir məlumat yayıb.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. 
Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. 
Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə  alır.  Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.



Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb