12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Mingəçevirdə kütləvi zəhərlənmə - 5-i azyaşlıdır
Tarix: 03-04-2022 23:26 | Bölmə: Cəmiyyət

                    Mingəçevirdə kütləvi zəhərlənmə



Bu gün axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım xidmətinə kütləvi müraciətlər daxil olub.
"Qafqazinfo"ya Mingəçevir şəhər xəstəxanasından zəhərlənmə faktları ilə bağlı axşam saatlarından etibarən kütləvi müraciətlərin olmasını təsdiq ediblər.
Bildirilib ki, zəhərlənən sakinlərdən 5-i azyaşlıdır. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına  yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 
Digər 2 nəfərin isə vəziyyəti stabildir. 
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.



Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb