12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Hədə-qorxu ilə pul tələb edən jurnalistlərə hökm oxundu
Tarix: 02-03-2022 18:18 | Bölmə: Cəmiyyət

                  Hədə-qorxu ilə pul tələb edən jurnalistlərə hökm oxundu


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovun məhkəməsi yekunlaşıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan hədə-qorxu ilə pul almalarına əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb