Bütün xəbərlər
Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Vəkildən açıqlama
Tarix: 02-03-2022 14:27 | Bölmə: Cəmiyyət

                Eldar Mahmudovun ölüm xəbəri yayıldı



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.
Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.
***
Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib edib.
***
Eldar Mahmudovun ölümü ilə bağlı məlumatı dəqiqləşdirmək üçün ailə vəkili Cavid Rzazadə ilə əlaqə saxladıq.
O, “Qafqazinfo”ya açıqlamasında xəbərin yalan olduğunu bildirib: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.



Baxış sayı: 665


Bölməyə aid digər xəbərlər