12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Kollegiya vəkilin cərimələnməsinə münasibət bildirdi
Tarix: 15-02-2022 20:12 | Bölmə: Cəmiyyət

                      Kollegiya vəkilin cərimələnməsinə münasibət bildirdi


Vəkillər Kollegiyası (VK) hakimdən prosesi vaxtında başlamasını istəyən vəkil Qanqa İbrahimovun cərimələnməsi haqda açıqlama verib.
VK-nın sədri Anar Bağırov “Qafqazinfo”ya bildirib ki, hazırda bu məsələ ilə bağlı Kollegiyaya rəsmi müraciət daxil olmayıb:
“Rəsmi müraciət olarsa, məsələ araşdırılması üçün müvafiq qurumlara yönləndiriləcək. Hakimlər müstəqildir və onlarla bağlı Vəkillər Kollegiyası tərəfindən fikir bildirmək doğru deyil. Hakimlərlə bağlı araşdırma aparılması Məhkəmə-Hüquq Şurasının səlahiyyətindədir. Mən də eyni zamanda həmin şuranın üzvü kimi hadisənin detallarını bilmədən fikir bildirə bilmərəm.
Bununla belə, biz vəkillərin hüquqlarını həmişə müdafiə etmişik. Qanqa İbrahimovun sosial şəbəkədə qeyd etdiyi məsələ ilə bağlı müraciət olarsa, rəsmi qaydada yönləndirəcəyik. İstənilən halda vəkillər və hakimlər arasında münasibətlər qanuna və etik davranış qaydalarına söykənməlidir. Qanun pozuntusuna heç kim yol verə bilməz”.
Qeyd edək ki, Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədov vəkil Qanqa İbrahimovun qaldırdığı vəsatətə görə 500 manat cərimə edib.




Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb