12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
“İdeal”ın keçmiş sahibinə hökm oxundu
Tarix: 14-02-2022 13:09 | Bölmə: Cəmiyyət

                    “İdeal”ın keçmiş sahibinə hökm oxundu



“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, iş adamının Nərimanov rayonunda yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilmişdi.



Baxış sayı: 860


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb