12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
İmran Ağayevin 9 il həbsi tələb olundu
Tarix: 14-02-2022 13:04 | Bölmə: Cəmiyyət

                  İmran Ağayevin 9 il həbsi tələb olundu


FHN Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslərə həbs cəzası verilməsini istəyib. Belə ki, prokuror baş həkim İmran Ağayevin 9 il, müəssisənin vəzifəli şəxsləri Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu Orucovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxslərə növbəti prosesdə - fevralın 21-də hökm oxunacağı gözlənilir.
İİttihama görə, İmran Ağayev digərləri ilə qabaqcadan əlbir olaraq xəstələrdən hospitalın “VİP korpus”larına yerləşdirilmək üçün 10 min 500 manat rüşvət alıb. Bundan başqa, İ.Ağayevin 140 koronavirus xəstəsinin direktoru olduğu “Medi Style” klinikasına məxsus təcili yardım avtomobilləri ilə FHN hospitalına aparılması müqabilində həmin şəxslərdən 51 min 600 manatı almasına, həmçinin hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib.



Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb