Bütün xəbərlər
Gürcüstanda yeni nazirlər təyin edildi
Tarix: 09-02-2022 14:38 | Bölmə: Cəmiyyət

                    Gürcüstanda yeni nazirlər təyin edildi



Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçirilən xüsusi brifinqdə hökumətdə iki yeni naziri təqdim edib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsini Levan Davitaşvili tutacaq. Davitaşvili hazırda ətraf mühit və kənd təsərrüfatı naziri olaraq çalışır. O, artıq altı ildir ki, Baş nazirin müavini və Gürcüstan hökumətinin üzvüdür.
L. Davitaşvilini ətraf mühit və kənd təsərrüfatı naziri vəzifəsində nazirin müavini Otar Şamuqiya əvəzləyəcək.
Ölkənin hazırkı iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavaya gəldikdə isə o, hakim “Gürcü arzusu– Demokratik Gürcüstan” partiyasının komandasında qalacaq. Turvana sözügedən nazirliyə 3 il rəhbərlik edib.



Baxış sayı: 332


Bölməyə aid digər xəbərlər