Bütün xəbərlər
Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - Video
Tarix: 09-02-2022 14:35 | Bölmə: Cəmiyyət

                    Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu


Xəbər verdiyimiz kimi, bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir. Proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.
“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib.
O, çıxışına başladıqda bütün ittihamları əsassız adlandırıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu, zalda ajiotaja səbəb olub və sözlü mübahisə yaranıb. Bunun ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili isə himni oxumağa başlayıb.

             



Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər