Bütün xəbərlər
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir
Tarix: 09-02-2022 14:23 | Bölmə: Cəmiyyət

                   Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir



Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov “Qafqazinfo”ya bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam edir.
Onun sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər