Bütün xəbərlər
Maqsud Mahmudov məhkəməyə çıxarıldı
Tarix: 07-02-2022 13:33 | Bölmə: Cəmiyyət

                 Maqsud Mahmudov məhkəməyə çıxarıldı


1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin ilkin baxış iclası fevralın 14-ə təyin edilib. İş üzrə dövlət ittihamçısı kimi prokuror Babaxan Həsənəliyev çıxış edəcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışa verilmiş Maqsud Mahmudov 2021-ci ilin iyulunda Ukraynada tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
Maqsud Mahmudovun 92 nəfəri aldadaraq dələduzluq etdiyi bildirilir. Zərərçəkmişlər arasında əməkdar artist Vasif Məhərrəmli və müğənni Afət Fərmanqızı da var.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər