Bütün xəbərlər
Hafiz Məmmədov hazırda həbsdədir
Tarix: 27-01-2022 22:15 | Bölmə: Cəmiyyət

                    Hafiz Məmmədov hazırda həbsdədir


Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti tanınmış iş adamı Hafiz Məmmədovun axtarışa verildiyi və Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb.
Yayılan məlumatdan sonra iş adamı mediaya açıqlama verərək, saxlanılması ilə bağlı məlumatı təkzib edib və borcunu ödədiyini bildirib.
"Qafqazinfo" xəbər verir ki, günün ikinci yarısında Yasamal rayon məhkəməsində onun növbəti məhkəməsi keçirilib. İş adamı məhkəmə zalında həbs edilib və istintaqa təhvil verilib.
Sabah Bakı Apellyasiya Məhkəməsində onun ev dustaqlığına buraxılması ilə bağlı proses olacaq.


Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər