12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18:06 / 19-10-2026
İspaniyada Adam fırtınası nəticəsində dörd nəfər ölüb
18:02 / 19-10-2026
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
17:59 / 19-10-2026
İran Kiyevi Xəzər bölgəsində iğtişaşlar yaratmaqda ittiham etdi
17:54 / 19-10-2026
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
17:50 / 19-10-2026
Çin dron ixracı qaydalarını sərtləşdirəcək
21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
“20 Yanvar faciəsi müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı oldu”
Tarix: 19-01-2022 21:26 | Bölmə: Cəmiyyət
“1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı qətiyyəti ilə nümayiş etdirdi ki, heç bir qüvvə milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Faciənin törədilməsində məqsəd xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, mənəvi zərbə vurmaq idi. Amma tariximizin hər bir səhifəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun şahididir. Heç zaman keçmişini unutmayan, bu günü ilə qürur duyub gələcəyə böyük inamla baxan Azərbaycan xalqı tarixin bütün sınaqlarından üzüağ çıxaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bizləri 20 Yanvar faciəsindən ayıran 32 illik zaman hadisənin mahiyyətini daha dərindən dərk etməyə, düzgün dəyərləndirməyə böyük stimul verir. Bu baxımdan 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Xalqımız şəhidlərimizin xatirəsini daim əziz tutur. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.”
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat vurğulayıb ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir:
“20 Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir. Azərbaycan ötən il müstəqilliyinin yenidən bərpasının 30 ilini qeyd etdi. Bu tarixi günü məhz torpaqlarımızın azadlığa qovuşması fonunda qalib ölkə kimi qeyd etdik. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev onu qorumaq, əbədi və sarsılmaz etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal- azərbaycançılıq ətrafında sıx birləşməyə çağırmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməl bugünkü inkişafın əsasıdır. Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, tarixin ayrı-ayrı dövrlərində ölkəmizə qarşı terror aktları törədən ermənilərin əsl simasını dünyaya çatdırmaq olub”.
M.Həsənov onu da əlavə edib ki, Azərbaycan haqq səsini, başına gətirilən faciələrin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə faktlar əsasında çatdırır: “Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. 1990-cı il 20 Yanvar qan yaddaşımızdır. Xalqımız başına gətirilən faciələri, insanlığa sığmayan terror aktlarını unutmur, daim mübarizliyi, yenilməzliyi, qalibiyyətə imza atmağa göstərdiyi səyləri ilə diqqətdədir. Əbəs yerə, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi dəyərləndirilmir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi”.
“Birliyimiz, həmrəyliyimiz bütün dövrlərdə, məqamlarda öz sözünü deyir” söyləyən M.Həsənov bu mühüm məqama da xüsusi diqqət çəkib ki, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi:
“1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ümummilli Lider qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu öndər Heydər Əliyevin bu bəyanatı özündə bütün məqamları ehtiva edirdi. Vətənini, xalqını canından artıq sevən, daim Azərbaycanın gələcəyi barədə düşünən Ümummilli Lider bütün məqamlarda xalqının yanında olmaqla, xalqına arxalanmaqla hazırkı uğurlarımıza yol açdı. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Pezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın azadlığa qovuşması da möhkəm təməlin nəticəsidir. 20 Yanvar faciəsindən tarixi Zəfərimizədək yolun təhlili bir daha bu reallığı təsdiqləyir ki, yenilməz, məğrur xalq daim mübariz olacaq, qarşısına qoyduğu hər bir məqsədə nail olacaq, heç kəsin qarşısında baş əyməyəcək, daim alnı açıq, üzü ağ olacaq. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz bir daha kimin kim olduğunu, qalibiyyəti şərtləndirən amilləri açıqladı.
Müstəqilliyimiz sarsılmazdır, Qarabağımız azaddır, şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik”.
Baxış sayı: 417
Bölməyə aid digər xəbərlər

Dünən, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
Dünən, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
Dünən, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib