Bütün xəbərlər
Əsgərlərimizə bayram sovqatları aparılıb
Tarix: 31-12-2021 14:37 | Bölmə: Cəmiyyət


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərlərinə bayram sovqatları aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin vəzifəsini icra edən Rəşad İsmayılov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov qarşıdan gələn bayramlar münasibətilə kollektivi təbrik edib, dövlət-xalq-ordu birliyindən bəhs ediblər.
Vurğulanıb ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti prioritet istiqamətlərdən biri kimi, bu gün muxtar respublikamızda da uğurla icra edilməkdədir. Bu gün ordumuzun maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var.
Sonra 11 adda ərzaq məhsulları əsgərlərə təqdim edilib.
Əsgərlər göstərilən diqqətə görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.





Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər