22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sarkisyan İsrailə yeni səfir təyin etdi
Tarix: 28-12-2021 23:03 | Bölmə: Cəmiyyət

               Sarkisyan İsrailə yeni səfir təyin etdi



Ermənistan Prezidenti Armen Sarkisyan Arman Akopyanı respublikanın İsraildəki səfiri təyin edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat verilib. Akopyan bu ilin noyabrına qədər Ermənistanın Braziliya, Kolumbiya və Boliviyadakı səfiri postunu tutub.
Bundan əvvəl Ermənistanın İsraildəki səfiri Armen Smbatyan olub. Lakin o, Sarkisyanın sərəncamı ilə geri çağırılıb. 2021-ci ilin aprelində Smbatyan keçmiş mədəniyyət və gənclər nazirinin yol verdiyi sui-istifadə hallarına köməklik etməkdə, habelə çirkli pulların yuyulmasında ittiham olunub.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər