22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Avtoxuliqanlıq edib videolarını paylaşan şəxslər saxlanıldı
Tarix: 27-12-2021 12:54 | Bölmə: Cəmiyyət

                    Avtoxuliqanlıq edib videolarını paylaşan şəxslər saxlanıldı


Sosial şəbəkələrdə avtoxuliqanlıq etmələri ilə bağlı videogörüntülər yerləşdirən şəxslər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, saxlanılan 2 nəfər Bakıda avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradıb. Polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən həmin sürücülər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Belə ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib. Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.
 




Baxış sayı: 545


Bölməyə aid digər xəbərlər