21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi - FOTO
Tarix: 26-12-2021 23:00 | Bölmə: Cəmiyyət
      

Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.
APA-nın xəbərinə görə, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.
K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.
Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.







Baxış sayı: 790


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib