22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldı - Rəsmi
Tarix: 21-12-2021 22:05 | Bölmə: Cəmiyyət

                   Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.
Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs  İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər.


Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər